“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin qalibi məlum olub.
AYNA məişət avadanlıqları alacaqdı - TENDER LƏĞV OLUNDU
FED.az xəbər verir ki, qurum Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində 83 mənzilin satın alınması üzrə sifarişi “MİDA” MMC-yə həvalə edib. Satın alınacaq mənzillərdən 10-u ikiotaqlı, 73-ü isə üçotaqlıdır.
Qalib şirkətlə ümumi dəyəri 5.374.494 manat dəyərində müqavilə imzalanıb.
“MİDA” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 000 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərhad Təhməzov İlahi oğludur. Hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 31 ünvanında yerləşir.