AZ

Pezeşkian teleaparıcını təriflədi

İran prezident Məsud Pezeşkian İran dövlət televiziyasının İsrailin hədəfinə çevrilməsini pisləyən bəyanat yayıb.

Yenisabah.az ırna-ya istinadla xəbər verir ki, o, bombalanma zamanı canlı yayımda şücaət və soyuqqanlılıq nümayiş etdirmiş aparıcısını yüksək qiymətləndirib və onun mətanətini heç vaxt təhdid və zorakılığa boyun əyməyən bir xalqın müqavimətinin simvolu hesab edib.

"Sionist rejimin canlı yayım zamanı İslam Respublikasının Radio və Televiziya Şəbəkəsinə hücumu vəhşiliyin daha bir açıq-aşkar nümunəsi idi. Bütün beynəlxalq qanunları pozan bu qeyri-insani hərəkətlə yanaşı, jurnalist xanım Səhər Emaminin cəsarətli cavabı böyük İran xalqının dastanı və müqaviməti kitabına daha bir qızıl və parlaq vərəq əlavə etdi”.


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr