Gürcüstanın Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisində faciəvi hadisə baş verib. Su kanalında körpə uşaq meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi xüsusi təhlükəsizlik lentləri ilə mühasirəyə alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi — “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” üzrə istintaq başlanılıb.
Hazırda hadisənin detalları araşdırılır.