AZ

AK 2027 ci ilin sonuna qədər Rusiyadan qaz almasına qadağa qoyulmasını təklif edib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) 2027-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz almasına tam qadağa qoyulmasını təklif edib.

Bizimyol.info xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensen Brüsseldə AK təklifini təqdim edən mətbuat konfransında deyib.

“Bizim təklifimiz o deməkdir ki, 2027-ci ilin sonundan bizim bazarda Rusiya yanacağı olmayacaq. “2026-cı ildən qısamüddətli müqavilələr qadağan olunacaq, uzunmüddətli müqavilələr 2027-ci ilin sonuna qədər bitməlidir”, - deyə bildirib.

Yorgensen qeyd edib ki, Avropa Komissiyası qadağanın Aİ ölkələri tərəfindən yayındırılmaması üçün mexanizmlər yaratmaq niyyətindədir.

O əlavə edib ki, AK bu qadağanı xarici siyasət qərarı kimi deyil, ticarət norması kimi həyata keçirməyi planlaşdırır ki, bu da onun Aİ Şurasında ixtisaslı əksəriyyət tərəfindən təsdiqlənməsinə imkan verir, icma ölkələrini səsvermə zamanı veto hüququndan məhrum edir. “Avropa bazarında Rusiya qazı nə qədər az olarsa, biz bir o qədər azad və güclü olarıq”, – deyə Jorgensen Avropa Komissiyasının yeni şüarını formalaşdırıb.

AK həmçinin Aİ ölkələrinə 2026-cı ildən Rusiyadan qaz tədarükü üçün qısamüddətli, 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr bağlamağı qadağan etməyi təklif edib.

Avropa komissarının qeyd etdiyi kimi, AK icma ölkələrini veto hüququndan məhrum edərək, Rusiyadan qaz alışına qoyulan qadağanı Aİ Şurasında müəyyən səs çoxluğu ilə təsdiqləmək niyyətindədir.

Aİ ölkələrinin Rusiyadan qaz almasına qadağası Ukraynada sülhün olub-olmamasından asılı olmayaraq qüvvədə qalacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
icma.az

1Mənbələr