İran Mossad və İsrailin hərbi kəşfiyyat mərkəzlərinə endirdiyi zərbələr nəticəsində “əhəmiyyətli sayda” zabit və komandiri məhv edib.
Operativ Media xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
"Bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən İsrailin kəşfiyyat mərkəzlərinə, o cümlədən hərbi kəşfiyyat təşkilatı kimi tanınan "Aman"a və xüsusi əməliyyatlar və kəşfiyyat xidməti olan "Mossad"a raket zərbəsi endirildikdən sonra İsrail rejiminin kəşfiyyat xidmətinə məxsus bir sıra yüksək rütbəli zabit və komandirlər öldürülüb", – deyə agentliyin məlumatında bildirilir.