AZ

"Barselona"nın müdafiəçisi əməliyyat olunub

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Jerar Martin əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuya sağ əlinin beşinci metakarpal sümüyünün əsas hissəsinin zədələnməsi diaqnozu qoyulub. 23 yaşlı futbolçunun mövsümöncəsi hazırlıq başlayana kimi yenidən meydana qayıdacağı gözlənilir.

O, 21 yaşadək futbolçular arasında Avropa çempionatının İspaniya - Slovakiya matçında (3:2) zədələnmişdi.

Qeyd edək ki, J.Martin 2024/2025 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Seçilən
2
1
report.az

2Mənbələr