İsrail ordusunun ötən gün həyata keçirdiyi dəqiq raket zərbəsindən sonra alov bürüyən İranın dövlət televiziyasının binasının yanğınının səbəbi kimi güclü külək göstərilib.
"Azad İran" adlı "Telegram" kanalına istinadən Yenisabah.az-ın yaydığı məlumata görə, hadisə nəticəsində televiziyaya qarşı əlavə hücumun olmadığı bildirilib.
Qeyd edək ki, raket zərbəsi nəticəsində IRIB News kanalında çalışan xəbər redaktorunun da aralarında olduğu 3 nəfər həyatını itirib. Hadisə zamanı bir neçə əməkdaşın da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Telegram kanalımız