AZ

Ölkədə yanacaq qıtlığı gözlənilmir - İsrailin Energetika Nazirliyi

Bakı. Trend:

İranla davam edən eskalasiya fonunda heç bir yanacaq qıtlığıyaşanmır və bundan sonra da gözlənilmir.

Trend “Times ofIsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailinEnergetika Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, belə bir ekskalasiyaya qabaqcadanhazırlıqlar görülüb və yanacaq ehtiyatları olduğundan qıtlıqqorxusu yoxdur.

Nazirlik qeyd edir ki, bu həftənin əvvəlində İrandan atılmışballistik raket nəticəsində üç nəfərin həlak olduğu Hayfadakı Bazanneft emalı zavodunun bağlanmasına baxmayaraq, belə bir təhlükəmövcud deyil

Nazirlik əlavə edir ki, mövcud vəziyyət mütəmadi olaraqqiymətləndirilir və hazırda şirkətlərin yanacaq tədarükündə hərhansı bir problem gözlənilmir.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr