AZ

Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi » AzadMedia.az


17 iyun 2025-ci il tarixdə rayon rəhbərliyi Masallı rayonun Böyük Kolatan kəndində I Qarabağ müharibəsinin əlili Asəf Rzayevin yas mərasimində iştirak etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.
Bunun bariz nümunəsi olaraq qeyd etmək istərdik ki, Böyük Kolatan kəndində vəfat edən 1973-cü il təvəllüdlü I Qarabağ müharibəsinin əlili Asəf Rzayevin yas mərasimində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, hüquq mühafizə orqanlarının rəhbərləri və media nümayəndələri iştirak etmişlər.

Mərhumun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Seçilən
4
1
azadmedia.az

2Mənbələr