BƏƏ bölgədəki gərginliyi azaltmaq üçün məsləhətləşmələrə başlayır.
İnterpress.az xəbər verir ki, İran və BƏƏ prezidentləri Pezeşkian və Əl-Nəhyan telefon danışığı zamanı İsrail-İran münaqişəsini müzakirə ediblər.
Pezeşkian deyib ki, “Qərb ölkələrinin dəstəyi ilə sionist rejimin cinayət siyasətinin davam etdirilməsi regionda qeyri-sabitlik və təhlükəsizliyin artmasına səbəb olur”.
Onun sözlərinə görə, belə siyasət davam edərsə, region heç vaxt davamlı sülh və sabitliyə nail ola bilməz.
“Gərginliyi azaltmaq və bölgəyə təhlükəsizliyi qaytarmaq üçün geniş məsləhətləşmələrə başlamışıq”, – əl-Nəhyan öz növbəsində vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az