Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiyadan qaz alışını tamamilə qadağan etməyi təklif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissarı bildirib.
Avropa Komissiyası həmçinin Aİ ölkələrinə 2026-cı ildən etibarən Rusiyadan qısamüddətli qaz tədarükü ilə bağlı müqavilələr, 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr bağlamağı qadağan etməyi təklif edib.