AZ

MEK ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq genişlənir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli və Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev arasında universitetin Elmi Kitabxanasında keçirilən görüş çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə NDU arasında elmi-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm razılaşmalar əldə olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AMEA ilə NDU arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində digər mühüm məsələlərlə yanaşı, kitabxana işi üzrə təcrübə mübadiləsi, elmi nəşrlərin paylaşılması və MEK-in elektron resurslarından NDU-nun professor-müəllim heyəti və tələbələrinin istifadəsinin təmin olunması nəzərdə tutulur.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında iki qurum arasında qurulan əməkdaşlığın elmi biliklərin daha geniş yayılmasına və innovativ xidmətlərin tətbiqinə xidmət edəcəyini bildirib. O, kitabxana resurslarının birgə istifadəsinin xüsusilə gənc tədqiqatçılar və tələbələr üçün faydalı imkanlar yaradacağını vurğulayıb.

Görüş çərçivəsində MEK tərəfindən 48 adda, 50 sayda seçilmiş elmi və akademik kitab Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına hədiyyə olunub.

NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova da MEK-lə əməkdaşlığın faydalarından bəhs edərək elmi məlumatların əlçatanlığını artıracağını qeyd edib.

Tədbirin sonunda AMEA rəhbəri tərəfindən NDU-nun rektoruna və kitabxana müdirinə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının oxucu biletləri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr