ABŞ Prezidenti Donald Tramp İsrailin İranın ali lideri Ayətullah Əli Xameneiyə qarşı mümkün sui-qəsd planlarına qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, Axios nəşrinin yüksək rütbəli ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, Tramp belə bir addımın regionda nəzarətsiz və təxminolunmaz nəticələrə səbəb ola biləcəyini bildirib.
Mənbənin sözlərinə görə, Trampın mövqeyini bu cümlə əks etdirir: “Bu – tanıdığın ayətullahdır, tanımadığın yox.”
Bu açıqlama Yaxın Şərqdə gərginliyin artdığı və İsrailin İranla bağlı sərt ritorikası fonunda səsləndirilib. Görünür, sabiq prezident hərbi eskalasiyadan çox, sabitliyin qorunmasını üstün tutur.
Müşviq Tofiqoğlu,
KONKRET.az