2025-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 849,8 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,1 faiz azalaraq 94,0 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 1495,5 min və ya 7,3 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Rəqəmlərlə ifadə etsək metro ilə 93 996,8, dəmiryolu ilə 3 881,7, taksi ilə 32 753,1, avtobusla 717 633,1 sərmişin daşınıb.
2024-cü illə müqayisədə metro və taksi ilə sərnişin daşıma azalıb.