AZ

Lukaşenko inəklərə abidə qoyulmasını istəyir

Belarus prezidenti Aleksandr Lukaşenko mal-qaranın təhlükəsizliyi ilə bağlı keçirilən müşavirədə inəyə abidə ucaldılmasını və heyvanlar üçün yaxşı şərait yaradılmasını təklif edib.

"Mən dedim ki, Böyük Vətən Müharibəsi illərində inəyin xatirəsinə nəinki abidə qoyulmalıdır. İnək bu gün də xalqı yedizdirir. Aldığımız əsas məhsul inəkdir. Bu, təkcə süd deyil, həm də ətdir. Sağlam olmaq istəyiriksə, inək normal nəfəs almalı və yemək yeməlidir. İnək sarayda yaşamalıdır", - prezident deyib.

Onun sözlərinə görə, heyvandarlığın müasir idarə olunmasına ehtiyac var.



Xəbər 4 dəfə oxunub.
Seçilən
3
xezernews.az

1Mənbələr