Braziliyada federal polis keçmiş prezident Jair Bolsonaronu casusluqda ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə "G1" nəşri məlumat dərc edib.
"Polis Bolsonaronun prezidentliyi dövründə kəşfiyyat xidmətinin qurduğu iddia edilən casusluq sxemi ilə bağlı təhqiqatını başa çatdırıb”, - nəşr yazıb.
Nəşrin məlumatına görə, sxem Bolsonaro hökumətinin opponent hesab etdiyi insanların müşahidəsini əhatə edib. Keçmiş prezidentin oğlu Karlos Bolsonaro bu sxemə rəhbərlik edib və keçmiş dövlət başçısı insanlara qarşı ictimai hücumlardan faydalanan şəxs olub.
Nəşr əlavə edib ki, casusluqda 35 nəfər iştirak edib.