AZ

Növbəti "Mərkəzi Asiya - Çin" sammiti Çində keçiriləcək

Növbəti "Mərkəzi Asiya - Çin" sammiti 2027-ci ildə Çində keçiriləcək.

Bu barədə “Report” Qazaxıstan KİV-inə istinadən məlumat verir.

"Mərkəzi Asiya - Çin" formatı katibliyinin baş katibi Sun Veydun bildirib ki, forumun sonunda dövlət başçıları Astana Bəyannaməsi, həmçinin Əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

S.Veydun qeyd edib ki, dövlət başçıları "hərtərəfli fikir mübadiləsi" aparıb, sammitin nailiyyətlərini və perspektivlərini, çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini, regional və beynəlxalq məsələləri müzakirə edib, bir sıra razılaşmalar əldə ediblər.

Seçilən
8
report.az

1Mənbələr