Filippo İnzaqi "Palermo"nun baş məşqçisi olub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis iyulun 1-də işə başlayacaq.
2024-cü ilin yayından İnzaqi "Piza"ya rəhbərlik edir və onu A Seriyasına çıxarıb. İyunun 13-də klub tərəflərin qarşılıqlı razılığı ilə məşqçi ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
"Palermo" İtaliya B Seriyasında çıxış edir. Ötən mövsüm komanda liqa cədvəlində səkkizinci yeri tutub.