AZ

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

Bakı. Trend:

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərinsayı 93,997 milyon nəfər olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,093milyon nəfər və yaxud 1,1% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində yük vəsərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiqolaraq 3 faiz və 5,9 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləritərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz,7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobilnəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.

Seçilən
11
az.trend.az

1Mənbələr