AZ

Sevgilsinin bir milyon manata yaxın pulunu ələ keçirən qadının vəsatəti təmin edilmədi

BAKI, 17 iyun. TELEQRAF

Sevgi münasibətində olduğu Xalid Kərimovun hədə-qorxu ilə bir milyon manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəmə prosesi keçirilib

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlilən şəxsin vəkili prosesin qapalı keçirilməsini istəyib. Qeyd edib ki, işdə ailə məsələsi barədə faktlar var, həmin məsələlərin ictimaiyyətə açıqlanması yolverilməzdir. Vəkil bildirib ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə ər-arvad münasibətlərində yaşayıb, kəbinləri olub.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun barəsində ev dustaqlığına buraxılmasını istəyib.

Zərərçəkmiş Xalid Kərimovun nümayəndəsi vəsatətin təmin olunmasını istəyib. Nümayəndə qeyd edib ki, zərərçəkmiş şəxsin təqsirli bilinən şəxsə qarşı şikayəti yoxdur, ittihamda göstərilən məbləğ şişirdilmiş rəqəmdir.

Aybəniz Xəlilova isə deyib ki, zərərçəkmiş şəxslə barışıb: "Mən telefonla əlaqə saxlayanda şikayət etməyindən peşman olduğunu deyib. Bizim bu gündə münasibətlərimiz davam edir, bu gün də mənə köməklik göstərir".

Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını istəyib. Daha sonra hakimlər müşavirə keçiriblər. Müşavirədən qayıdan hakimlər qərar elan edib. Qərara görə, vəsatət təmin edilməyib.

Növbəti proses iyulun 12-də davam edəcək.
Qeyd edək ki, "Bəniz" ləqəbli tiktokerun barəsində sevgilisi olan Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Zərərçəkmiş onunla pul müqabilində görüşdüyünü iddia edib, hər dəfə görüşəndə 300 manat pul verdiyini bildirib.
"Beniz" ləqəbli tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr