AZ

AMEA-da görünməmiş saxtakarlıq: Gənc alim faktlarla ifşa etdi

Tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan şikayətçidir.

Publika.az-a müraciət edən Günel Aslanlı aparıcı elmi işçi olduğu institut daxilində məqsədli, qanunsuz və açıq-aşkar qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib.

G.Aslanlının şikayətini olduğu kimi təqdim edirik:

"2023-cü ildə vəzifəmin bir pillə artırılması məqsədilə rəhbərliyə elmi fəaliyyətimi əks etdirən sənədləri təqdim etdim. Proses formal olaraq başlasa da, çox keçmədən aydın oldu ki, bu prosedur şəffaf və obyektiv deyil. Əksinə, institut rəhbərliyi tərəfindən mənə qarşı yönəlmiş məqsədli kampaniyanın başlanğıcıdır.

Attestasiya çərçivəsində institutun direktoru Kərim Şükürov və direktor müavini İlqar Niftəliyev tərəfindən qanunvericilikdə, AMEA-nın Nizamnaməsində və institutun daxili qaydalarında heç bir əsası olmayan yeni və qeyri-rəsmi bir tələb irəli sürüldü. Beləki, mənim və elmi dərəcəsi olmayan digər əməkdaş — Ş. M.-nin elmi işləri məcburi şəkildə antiplagiat proqramı ilə yoxlanmadan keçirilməli olduğu söylənildi. Halbuki, bu tələb nə məndən öncə, nə də məndən sonra attestasiya olunan əməkdaşlara tətbiq edilməyib.

Bir müddət sonra mənə guya “StrikePlagiarism” platformasından çıxarılmış sənəd təqdim olundu və orada elmi işlərimdə plagiat faktının mövcud olduğu iddia edildi. Bu sənədə əsaslanaraq institut rəhbərliyi xüsusi komissiya yaradıldığını bildirdi və komissiyanın sədri vəzifəsinə direktor müavini İlqar Niftəliyev təyin olundu. Həmin sənədin əsasında guya Attestasiya Komissiyası adından qərar çıxarılıb və komissiya sədri kimi İlqar Niftəliyev rəsmi blankda, möhürlə sənədi imzalayaraq mənə göndərdi. Qərarda məhz həmin sənədə istinad edilərək işlərimdə plagiat olduğu rəsmi şəkildə iddia olundu.

Ən ağrılısı odur ki, bu saxta sənəd daha sonra Ali Attestasiya Komissiyasına (AAK), AMEA Rəyasət Heyətinə və Yasamal Rayon Məhkəməsinə təqdim edildi. Bununla da məsələ institut səviyyəsindən çıxaraq dövlət qurumlarına qədər çatdırıldı. Hətta institut rəhbərliyinin açıq dəstəyi ilə Şəhla Məmmədli tərəfindən AAK-a mənim elmi dərəcəmin ləğvi üçün rəsmi vəsatət də təqdim edildi. Lakin AAK bu vəsatəti rədd etdi və rəsmi şəkildə bildirdi ki, mənim işlərimdə plagiat faktı yoxdur.

Lakin bu sənəd daha sonra yenidən – bu dəfə Yasamal Rayon Məhkəməsinə təqdim olunanda, məsələni daha dərindən araşdırmaq qərarına gəldim. Çünki sənəddəki istər rəqəmlər, istər müəllif adları, istər nöqtə, vergül pozuntuları açıq-aşkar diqqəti cəlb etdi. Bundan sonra “StrikePlagiarism” sisteminin rəsmi nümayəndələri ilə birbaşa yazışmalar apardım və əldə etdiyim cavablar təsdiqlədi ki, mənə təqdim olunan sənəd həmin platformaya məxsus deyil və orijinal hesabat kimi təqdim edilə bilməz. Onların təqdim etdiyi cavablar göstərdi ki:

Mənim və Ş. M.-nin elmi işləri eyni sənəddə və eyni gündə yoxlanılıb. Mənə təqdim olunan sənəd isə saxtadır, orijinal hesabat deyil. Həmin sənəddə yalnız mənim adım saxlanılıb və nəticələr üzərində süni dəyişikliklər aparılıb. Nəticələr bir sənəddə ümumiləşdirilmiş şəkildə təqdim olunub. Lakin mənə təqdim edilən sənəddə yalnız mənim adım göstərilmiş və bu sənəd üzərində açıq şəkildə manipulyasiya aparılmışdır.

Təəssüflə qeyd etməliyəm ki, bu yoxlamanı həyata keçirən qurumun (plagiat proqramına çıxışı təmin edən daxili strukturların) fəaliyyəti də yetərincə ürəkaçan deyil. Nə yoxlama prosesi zamanı mənim iştirakım təmin olunub, nə də sənədlərin orijinallığına dair zəruri izahatlar verilməyib.

Seçilən
32
publika.az

1Mənbələr