AZ

Anti-Rusiya sanksiyaları ABŞ iqtisadiyyatına 300 milyard dollara başa gəlib

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev anti-Rusiya sanksiyalarının ABŞ iqtisadiyyatına vurduğu zərəri qiymətləndirib. 

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, zərər 300 milyard dollar təşkil edib.

"ABŞ prezidenti Donald Tramp Amerika şirkətlərinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən pul itirdiyini etiraf edir. Biz bu barədə əvvəllər də danışmışıq: 300 milyard dollar keçmiş prezidenti Co Baydenin səhvlərinin nəticəsidir", deyə Dmitriyev X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılacağına ümid etdiyi üçün Rusiyaya qarşı sanksiya təzyiqini artırmadığını bildirib. O, həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər dövlətlərə milyardlarla dollar zərər vurur.

Paşa Məmmədli
 

Seçilən
12
valyuta.az

1Mənbələr