AZ

Xorvatiyalı hücumçu Türkiyə klubuna keçdi

16 ildən sonra yenidən Türkiyə Superliqasında mübarizə aparacaq “Kocaelispor” heyətini tanınmış futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, Kocaeli təmsilçisi Xorvatiya millisinin hücumçusu Bruno Petkoviçlə anlaşıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu son olaraq ölkəsində Zaqreb “Dinamo”sunun formasını geyinib.

Seçilən
7
unikal.az

1Mənbələr