AZ

Ucal sənətdə, xatirələrdə, qəlblərdə… Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rəngkarlıq sənətində öz dəst-xətti ilə seçilən görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə Daş Salnamə Muzeyində “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Azercell Telekom”un rəssamın 65 illik yubeleyinə həsr etdiyi gecədə ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də rəssamın ailə üzvləri çıxış edərək Ucal Haqverdiyevlə bağlı ən xoş xatirələrini bölüşüblər.

Rəssamın qardaşı görkəmli heykəltəraş Hüseyn Haqverdiyev qardaşı Ucal haqda öz xatirə və düçüncələrini qonaqlarla bölüşüb: “Qardaşım anadan olanda, 1-2 ay ona ad axtarıblar. Azərbaycanca “ucal”, “zirvəyə qalx” mənasını verən bu adı ona məşhur yazıçı Mikayıl Rzaquluzadə verib. Həqiqətən də, Ucal qısa ömür yaşasa da 44 ildə zirvəyə ucaldı, qısa zamanda çox dəyərli əsərlər yaratdı”.

Xalq rəssamı Fərhad Xəlilov Ucal Haqverdiyevin Azərbaycanın ən dəyərli rəssamlarından biri olduğunu dilə gətirib: “Ucal insan kimi çox ürəyiyanan birisi idi. Bəlkə də, ona görə çox davam gətirə bilmədi. Hesab edirəm ki, o, bir rəssam kimi öz arzularına çatdı. Əlbəttə yaxınları istəyərdi o daha çox yaşasın. Amma o bir rəssam kimi, şəxsiyyət kimi həyatını bütöv yaşadı…”

Tədbirdə “Azercell”in yubiley münasibəti ilə dərc etdiyi rəssamın əsərlərindən ibarət yeni nəşr də qonaqlara təqdim olunub.

Kitabı tədbir iştirakçılarına təqdim edən “Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova qeyd edib: “Azercell” olaraq milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi korporativ sosial məsuliyyət strategiyamızın əsas istiqamətlərindəndir. Milli mədəniyyətimizin dəyərli simalarından olan Ucal Haqverdiyevin əsərlərinin, onun zəngin irsini geniş auditoriyaya tanıtmaq bizim üçün xüsusi önəm daşıyır."

Yubiley münasibətilə “Azərpoçt” MMC rəssamın əsərlərindən ibarət xatirə markaları istifadəyə verib. Marka kolleksiyasını tədbir iştirakçılarına təqdim edən “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxışında Ucal Haqverdiyevin sənət irsinin filateliya vasitəsilə yaşadılmasının mədəni dəyərlərin qorunmasına və təbliğinə xidmət etdiyini vurğulayıb.

“Azercell”in törəmə şirkəti olan “A-Solutions” Elektron Pul Təşkilatı da unudulmaz axşama öz töhfəsini verdi. Belə ki, şirkətin həyata keçirdiyi “Maliyyə və mədəniyyət bir arada” layihəsi çərçivəsində Ucal Haqverdiyevin əsərləri “akart” vasitəsilə rəqəmsal formatda geniş istifadəçi kütləsinə təqdim olunub. Layihə barədə “A-Solutions EPT” MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov qeyd edib: “İnanıram ki, bu layihə Ucal Haqverdiyev kimi öz dəst-xətti olan sənətkarın əsərlərini rəqəmsal maliyyə texnologiyaları vasitəsilə təbliğ edib, geniş auditoriyaya çardıracaq."

Tədbirin sonunda qonaqlara rəssamın yubileyi münasibətilə nəşr olunan kitabının nüsxələri təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
qafqazinfo.az

1Mənbələr