AZ

İranla hərbi münaqişənin dayandırılması üçün heç bir danışıq aparmırıq - İsrailli nazir

Bakı. Trend:

İsrail İranla hərbi münaqişənin dayandırılması üçün Tehranla heçbir danışıq aparmır.

Trend xəbər verirki, bunu İsrailin müdafiə naziri İsrael Katz jurnalistlərəaçıqlamasında deyib.

“Biz heç bir danışıqlara qoşulmamışıq və İsrail vətəndaşlarınazərər verilməsinə yol verməyəcəyik”, – deyə Kats Tel-Əvivinşimalında yerləşən və daha əvvəl İrandan atılan raketin hədəfinəçevrilmiş Herzliyaya səfəri zamanı jurnalistlərə bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr