17 iyun 2025-ci il tarixdə Tibb İşçilərinin peşə bayramı münasibəti ilə Masallı rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanası PHŞ-in birgə təşkilatçılığı ilə Masallı Rayon Mərkəzi Xəstəxananın Akt zalında tədbir keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru İlqar Ramiz oğlu məruzə ilə çıxış etdi.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək tədbir iştirakçılarının simasında bütün səhiyyə işçilərini təbrik etdi.
Sonra bir qrup tibb işçiləri səhiyyə sahəsində fərqləndiklərinə görə Masallı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
Sonda Mərkəzi Rayon Xəstəxanasının publik hüquqi şəxsinın direktoru İlqar Ramiz oğluna Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyə təqdim olundu.