Bildiyimiz kimi son günlərdə İran və İsrail dövlətləri arasında kəskin şəkildə qarşıdurma baş verir. Bunun müxtəlif səbəbləri mövcuddur. Bu barədə politoloq fikirlərini bildirib. İran - İsrail arasında yaşanan qarşıdurma nə ilə əlaqədardır?
Mövzuyla bağlı "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi"nin sədri Samir Hümbətov REFERANS-ın suallarını cavablandırıb. Politoloq ilk olaraq bildirib ki, İsrail ilə İran arasında baş verən məsələ bir müddət öncədə baş vermişdir. Yəni İsrailin Suriyada İranın komandirlərini vurması yəni İranın konsulluğunda Dəməşqdə vurması nəticə etibarilə İranında cavab tədbirlərini görməsinə gətirib çıxardı. Amma əvvəlki kimi yenə dayandırdılar, çox dərinə getmədilər. İndi də İsrailin bu addımları İranın baş qərargah rəisini daha sonra inqilab keşişçiləri korpusunun rəhbərliyini, İranın atom enerji üzrə agentliyinin keçmiş baş direktorunu və onların bir neçəsini sıradan çıxarıb. Bu o deməkdir ki, İsrailin bu həmləsi uzunmüddət hesablanmış bir həmlə idi və uzunmüddətli həmlənin nəticəsi idi. İran da məlum olduğu kimi İsrailə qarşı cavab tədbirləri görməyə başladı.
Daha sonra Samir Hümbətov qeyd edib ki, mən bu baş verən qarşıdurmanın daha geniş miqyasda olacağını düşünmürəm. Əksinə mən fikirləşirəm ki, qısa müddət ərzində sakitləşəcək. İran və yaxud İsrail bundan əl çəkəcəkmi? Xeyr. Hər iki tərəfin gözləntisi var. İsrail İranın nüvə silahı əldə etməsindən narahat olduğunu ifadə edir və onu vurmağa çalışır, müxtəlif ərazilərdə İranın nüvə obyektlərini vurmaq istəyi görünür. Amma bundan əlavə olaraq da İran da öz növbəsində İsrailin formalaşdırdığı anti-İran düşüncəsini sındırmağa çalışır. Həmçinin də İran cəhd edir ki, İranın regional maraqlarına İsrail tərəfindən vurulacaq zərbələrin qarşısını da alsın.
Siyasi şərhçi bildirib ki, hər kəsə aydındır hazırda hər iki tərəfdə gərginlik var. Mən düşünmürəm ki, bu savaş genişmiqyaslı olacaq. Çünki Rusiya prezidentinin İran prezidenti və İsrail baş naziri ilə telefon danışıqları oldu. Eyni zamanda da ABŞ prezidenti Donald Trampın açıqlaması oldu və çağırış elədi ki, münaqişəni böyütməyin və.s. Demək ki, bu proseslərin hamısı nəzarət altındadır.
"Düşünürəm ki, region ölkələrindən gələn belə deyək, etirazlar, narazılıqlar son nəticədə tərəfləri sakitləşməyə məcbur edəcək. Bucür hallar birinci dəfə deyil əvvəldə olubdur və bundan sonrada gərginliklər davam edəcək. Bu savaşın nə zaman sona çatacağını isə demək bir az çətin məsələdir. Çünki fərqli ideologiyalarda olan, fərqli dillərdə olan və regionla bağlı ambisiyalarda olan hər iki dövlət çətin ki, sakit dayana bilsinlər. Hesab edirəm ki, gələcəkdə hətta böyük qarşıdurmalar da istisna deyil. Amma indiki halda bunun baş verəcəyi hələlik real görünmür",-deyə Samir Hümbətov əlavə edib.
Ləman Xalıqova
Referans