AZ

Milyonların seçdiyi gözəli qarğalar "bəyənmədi": Görün qıza nə ediblər

Vladivostokda qarğalar "Miss Rusiya - 2023"ün finalçısını qorxudub.

Publika.az xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.

Rusiyanın ən gözəl qızlarından biri Anastasiya Antonova şəhərdə gəzərkən quşlar ona hücum edib. Üç qarğa onun başının üstündə dövrə vurub, çantasını almağa çalışıblar.

Gözəllik müsabiqəsinin iştirakçısı xatırladığı kimi, o, canını quşlardan qurtarmaq istəsə də, onlar onun arxasınca gəliblər. Antonova kömək istəyib, onun qışqırtısını yanından keçən qadın eşidib. O, qarğaları çətinliklə də olsa qova bilib. Antonova çox qorxduğunu etiraf edib. Deyib ki, sanki qorxu filminə çəkilib.

Bildirilir ki, quşlar ona heç bir ciddi xəsarət yetirməyib.

Seçilən
3
publika.az

1Mənbələr