AZ

BDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib


İyunun 17-də Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) və Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təşkil olunan Qlobal Dayanıqlı İnkişaf Konqresinin rəsmi açılış mərasimi keçirilib. Baki-xeber.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak edib.

Tədbirin açılışında THE-nin qlobal əlaqələr üzrə Baş Direktoru Phil Baty və YÖK-ün rəhbəri Erol Özvar çıxış edərək, konqresin əhəmiyyəti və ali təhsildə dayanıqlılıq mövzusunun aktuallığı haqqında fikirlərini bölüşüblər. Ardınca Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, ölkəmizdə elm və təhsil sahəsində dayanıqlı inkişaf istiqamətində həyata keçirilən islahatlar, proqramlar və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat verib. Rəsmi açılış çərçivəsində sabah açıqlanması nəzərdə tutulan “THE Impact Rankings 2025” nəticələrindən seçilmiş dünyanın TOP-10 universitetinin siyahısı da konqres iştirakçılarının diqqətinə təqdim olunub.

Açılışdan sonra Azərbaycanın elm və təhsil naziri və YÖK-ün rəhbəri sərgi zonasında nümayiş etdirilən Azərbaycan pavilyonu ilə tanış olublar. Qeyd edək ki, pavilyonda BDU da daxil olmaqla Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələri dayanıqlı inkişafla bağlı təşəbbüslərini, tədqiqat layihələrini və nailiyyətlərini təqdim ediblər. Azərbaycan pavilyonu yerli və beynəlxalq media orqanlarında da geniş işıqlandırılıb. Azərbaycanın bu nüfuzlu beynəlxalq tədbirdə fəal iştirakı ölkəmizin ali təhsil sisteminin qlobal dayanıqlı inkişaf gündəminə verdiyi töhfənin mühüm göstəricisidir.

Günel CƏLİLOVA

Seçilən
9
1
baki-xeber.com

2Mənbələr