Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol PaşinyanınprezidentƏrdoğanın dəvəti ilə Türkiyəyə gözlənilən səfərini təsdiqləyib və bunu “tarixi” səfər adlandırıb. "Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək", - bunu Simonyanparlamentdə jurnalistlərə deyib. Lakin o, bunun rəsmi, yoxsa işgüzar səfər olduğunu izah etməkdə çətinlik çəkərək bunu “ikitərəfli”səfər adlandırdı. Görünür İrəvan gələcəkdə Türkiyə liderinin gəlişinə ümid bəsləyir. Parlament sədrinin sözlərinə görə, bu səfər hökumətin İran-İsrail eskalasiyası ilə bağlı yaranan risklərin neytrallaşdırılmasına yönəlmiş addımlarından biri sayıla bilər. Spiker səfərin təfərrüatları və proqramı barədə məlumat verməyərək baş nazirin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif edib.
Surxay Əliyev