AZ

Azercell dən mədəniyyətə töhfə: Ucal Haqverdiyevin yubileyi qeyd olundu

ain.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom" milli mədəni irsin qorunmasına verdiyi töhfə ilə yenidən diqqət mərkəzindədir.

Oxu.Az xəbər verir ki, şirkətin təşəbbüsü ilə Azərbaycanın görkəmli rəssamı Ucal Haqverdiyevin 65 illik yubileyinə həsr olunmuş "Ucal sənətdə, xatirələrdə, qəlblərdə…" adlı tədbir yüksək səviyyədə keçirilib.

Bu möhtəşəm gecədə ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də rəssamın ailə üzvləri iştirak edərək unudulmaz anlar yaşayıblar.

"Azercell" hər zaman olduğu kimi, bu layihədə də mədəniyyətə olan sonsuz hörmətini və korporativ sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirib, belə ki tədbirdə "Azercell"in yubiley münasibəti ilə dərc etdiyi rəssamın əsərlərindən ibarət yeni kitabı da tamaşaçılara təqdim olundu. Kitabı iştirakçılara təqdim edən "Azercell"in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova vurğulayıb ki, milli mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir: "Ucal Haqverdiyevin zəngin və çoxşahəli sənətinin geniş auditoriyaya çatdırılması məhz bu missiyaya qulluq edir".

Yubiley münasibətilə "Azərpoçt" MMC tərəfindən hazırlanmış Ucal Haqverdiyevin "Avtoportret", "Dərviş" və "Gəzinti" adlı əsərlərdən ibarət xatirə poçt markaları toplusu da təqdim olunub.

Tədbir yalnız keçmişin zəngin irsini yaşatmaqla kifayətlənməyib, həm də gələcəyin innovativ baxışını təqdim edib.

Belə ki, "A-Solution" Elektron Pul Təşkilatının "Maliyyə və mədəniyyət bir arada" layihəsi çərçivəsində rəssamın seçilmiş əsərləri "Akart" həlli vasitəsilə rəqəmsal formatda geniş istifadəçi kütləsinə təqdim olunub. "A-Solutions"un baş icraçı direktoru Həsən Həsənov qeyd edib ki, xüsusi dizaynlı kartlarda Ucal Haqverdiyevin əsərlərinə yer verməkdən qürur duyurlar:

"Bu layihə ilə mədəni irsimizi daha geniş auditoriyaya çatdırmaq, yeni nəsillərə tanıtmaq və dəyərlərimizi qorumaq əsas məqsədimizdir. Kartlarımızda Ucal Haqverdiyevin əsərlərini əks etdirməklə, bu dəyərli irsi gənc nəsilə çatdırmağı və incəsənəti gündəlik həyatın bir hissəsinə çevirməyi hədəfləmişik".

Sonda tədbirin iştirakçılarına Ucal Haqverdiyevin sənət dünyasına həsr olunmuş kitab nüsxələri hədiyyə edilib.

"Azercell" fəaliyyətini yalnız telekommunikasiya xidmətləri ilə məhdudlaşdırmır, mədəniyyət və incəsənətin dəstəklənməsi istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr