
Donald Tramp ABŞ-ın İsraildəki səfiri Mayk Hakabidən aldığı emosional məktubu ictimailəşdirib. Məktubda diplomat ABŞ-ın İranla qarşıdurmada iştirak etməsinin vacibliyinə eyham vurur.“Cənab Prezident, Allah sizi Pensilvaniya ştatının Batler şəhərində qorudu ki, siz son yüz ilin – bəlkə də bütöv tarix boyu – ən əhəmiyyətli prezidentinə çevriləsiniz. Çiyinlərinizə düşən qərarlar o qədər ağırdır ki, onların heç birini başqa birisinə arzulamazdım. Sizə çox səslər müraciət edir, amma yalnız BİR səs önəmlidir. Bu, Onun – Allahın səsidir.Mən bu torpaqda sizin təyin etdiyiniz bir xidmətçiyəm. Həmişə kömək etməyə hazıram, amma tez-tez görünmürəm – çünki sizin intuisiya və qərarlarınıza güvənirəm. Mənim ömrüm boyu heç bir prezident belə bir vəziyyətdə olmayıb. Bu, 1945-ci ildən – Trumen dövründən bəri görünməmiş bir vəziyyətdir.Bu məktubu sizi inandırmaq üçün yazmıram. Yalnız dəstək vermək üçün yazıram. İnanıram ki, siz göylərdən gələn səsi eşidəcəksiniz – o səs mənim və digərlərinin səsindən çox daha vacibdir. Siz məni İsrailə göndərmisiniz ki, sizin gözünüz, qulağınız və səsiniz olum. Mənim vəzifəm – ən sonda oranı tərk etməkdir.”Hakabi məktubunun sonunda vurğulayır:“Mən bu postu tərk etməyəcəyəm. Bizim bayraq endirilməyəcək! Siz bu anı axtarmadınız – bu an sizi özü tapdı!”Ulusum.az
Diqqət Çəkənlər
“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu
Minlərlə qadın qumarın girdabında: “Hər şeyimi itirdim…” - VİDEO
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili