AZ

İnzaqi "Palermo"nun baş məşqçisi təyin olundu

Təcrübəli mütəxəssis Filippo İnzaqin İtaliya B Seriyası təmsilçisi "Palermo"nun baş məşqçi postuna təyin olunub.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis ilə uzunmüddətli müqavilə imzalanıb.

İnzaqi vəzifəsinin icrasına 2025-ci il iyulun 1-dən başlayacaq.

İnzaqinin əvvəlki iş yeri 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa kimi rəhbərlik etdiyi Piza olub. Filipponun rəhbərliyi altında komanda İtaliyanın yüksək divizionuna yüksəlib. Piza sonuncu dəfə 1990/1991 mövsümündə A Seriyasında çıxış edib. Komanda tarixində səkkizinci mövsümünü yüksək liqada keçirəcək. Mütəxəssis əvvəllər İtaliyanın bir sıra klublarını, o cümlədən "Milan", "Bolonya" və "Breşiya"nı çalışdırıb.

2024/2025 mövsümünün sonunda "Palermo" B Seriyasında səkkizinci yeri tutaraq, birinci mərhələdə "Yuve Stabia"ya (0:1) uduzduğu A Seriyasına yüksəlmək üçün pley-offda oynamaq hüququ qazanıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr