AZ

İtaliya klubu “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

“Napoli” “Mançester Siti”nin futbolçusu Cek Qriliş ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Neapol klubu oyunçu ilə danışıqlara başlayıb.

Qriliş “Mançester Siti”dən ayrılmağa razıdır. Ancaq “Napoli” oyunçunun həftəlik 300 min avro maaş tələbini qarşılamağa hazır deyil. Tərəflər arasında danışıqlar davam edir.

Qriliş başa çatan mövsümdə Premyer Liqada 20 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Seçilən
15
1
futbolpress.az

2Mənbələr