"Barselona" Bilbao "Atletik"inin vingeri Niko Uilyamsla ilkin müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
İspaniya millisinin futbolçusunun maaşı vergilər nəzərə alınmadan illik 12 milyon avro olacaq.
Daha əvvəl mətbuatda Kataloniya klubunun Uilyamsa 62 milyon avroluq satınalma bəndi ödəyə biləcəyi barədə məlumatlar yayılmışdı.
Ötən mövsüm hücumçu bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Uilyamsın klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 70 milyon avrodur.