Bakı. Trend:
İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədarİsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam RespublikasındakıSəfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzdayaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasdabaxılır.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin açıqlamasında deyilir.
"İranı tərk etmək istəyən Azərbaycan Respublikasıvətəndaşlarının, eləcə də, digər ölkələrin vətəndaşlarının qurusərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçüntədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraqqonşu Misir və İordaniyaya yönləndirilir.
İndiyə qədər İrandakı Səfirliyimiz və Baş Konsulluğumuzaümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxilolub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib.Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırdanəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələrtəmin olunur.
İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçünmüvafiq tədbirlər görülüb", - o qeyd edib.