ABŞ Rusiyaya ikitərəfli münasibətləri normallaşdırmaq üçün təmaslara fasilə verməyi təklif edib, lakin tərəflər tezliklə növbəti görüşlə bağlı yeni razılığa gələcəklər.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
...Əvvəlcə Rusiya-Amerika münasibətlərinin normallaşdırılması kontekstində növbəti təmasların Moskvada keçirilməsi barədə razılıq əldə edilib, lakin sonra ABŞ fasilə verməyi təklif edib.
Bunu Kreml sözçüsü bildirib.
Uşakov aydınlıq gətirib ki, Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti növbəti görüşün vaxtını və yerini müzakirə edəcəklər, lakin hələlik bu “məsələ asılı vəziyyətdədir”.
Əli Babayev