BAKI, 17 iyun. TELEQRAF
Rusiyanın Tehrandakı səfirliyinin ailə üzvləri təxliyə olunub.
Teleqraf-ınbölgə müxbirinin verdiyi məlumata görə, 10 nəfərdən ibarət heyət Astara Dövlət Sərhədindən keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olaraq təxliyə edilib.
Gün ərzində isə bundan əvvəl 30-a yaxın Çin vətəndaşı eyni marşrutla təxliyə olunaraq yola salınıb. Ümumilikdə son 5 gün ərzində təxliyə edilən xarici ölkə vətəndaşlarının sayı 700-ə yaxınlaşıb.