LDPR partiyasının keçmiş lideri Vladimir Jirinovski İsrail və İran arasında münaqişənin dəhşətli nəticəsini proqnozlaşdırıb.
"Unikal" xəbər verir ki, siyasətçi İrana nüvə zərbəsi endiriləcəyini deyib.
"ABŞ NATO-nu səfərbər edib İranı bombalamağa başlayacaq. O cümlədən, çox dəhşətli yerli silahlardan istifadə etməklə. Onlar bütün ərazini tamamilə təmizləyəcəklər. Bir yerli nüvə zərbəsi ilə bütün ölkəni məhv edə bilərlər", - Jirinovski bildirib.
Jirinovski eskalasiyanın özünü də proqnozlaşdırıb. O, Yaxın Şərqdə hadisələrin inkişafının qlobal qarşıdurmaya və hətta dünya müharibəsinin başlanğıcına çevrilə biləcəyini iddia edib. O, efirdə İranın iştirak etdiyi münaqişənin miqyasına görə əvvəlki yerli müharibələrdən qat-qat böyük olacağını və bütün dünyaya təsir edəcəyini vurğulayıb.