AZ

ABŞ Netanyahunun İranda hökuməti dəyişmək istəyini dəstəkləmir - "Axios"

ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" nəşri adı açıqlanmayan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Xüsusilə, nəşrin yazdığına görə, Donald Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyini aradan qaldırmaq planına qarşı çıxıb.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O, etiraf edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Seçilən
3
ikisahil.az

1Mənbələr