Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın asayiş qüvvələri ölkənin İsfahan şəhərində İsrailin PUA istehsalı sexini aşkar ediblər. Həmin dronlardan İrandakı hədəfələrə zərbələr endirmək üçün istifadə edilib.
Bu barədə İsfahan polisinin təmsilçisi general Məhəmməd Rza Haşimifar məlumat verib. O, "Tasnim" agentliyinə açıqlamasında deyib: "Polis əməkdaşları bu emalatxananı irimiqyaslı təhqiqat tədbirlərindən sonra aşkar ediblər. Polisin apardığı əməliyyat nəticəsində 4 nəfər şübhəli və uşaq qatili olan sionist rejiminin agenti saxlanılıb".
Polisin məlumatına görə, hadisə yerində dron istehralı üçün avadanlıq, həmçinin, partlayıcı maddələr aşkar edilib.
Hürr Tərcüman