Məlumdur ki, hazırda İran və İsrail arasında müharibə davam edir. Hər gün böyük tələfatlar olur. Həmçinin iddialar var ki, İranın Ali Dini lideri Xomeneini də İsrail tərəfindən öldürülə bilər. Əgər həqiqətən də İranın Ali Dini lideri öldürülərsə, o zaman İranda vətəndaş müharibəsi baş verə bilərmi? Ümumiyyətlə regiondakı vəziyyət necə olacaq?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Referans-a açıqlamasında bildirib ki, öncəliklə onu qeyd etmək lazımdır ki, İran Ali rəhbəri İranda bir nömrəli şəxsdir və aydın məsələdir ki, dövlətin bir nömrəli şəxslərinin müdafiəsi digərlərindən seçilir. Yəni mən İranın Ali Rəhbərinin bu dənli əlçatan bir şəxs olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, bu şəxs seçki yoluyla gələn bir prezident, baş nazir, parlament sədri kimi statuslu biri deyil. Bu adamın İrandakı mövqeyi həm də dini rəhbərdir və daha dərinə getdikdə şiə dini ideologiyasında 12-ci imam mehdinin dünyadakı təmsilçisidir. Yəni onun zühuruna qədərki təmsilçidir. Bu baxımdan belə bir şəxsin müdafiəsi elə də asan olmur və hətta belə şəxslərin ələ keçirilməsi asan olmur. Sadə bir misal deyim. İndi bənzətməm nə qədər doğru olar bilmirəm. Amma, Əl-Qaidə terror təşkilatının rəhbəri Osama Bin Laden belə çox uzun müddət sonra ələ keçirilə bildi. Yəni bu tipli din xadimlərinin və ümumi mənada dövlətin faktiki liderlərinin ələ keçirilməsi elə asan olmur.
Siyasi şərhçi hesab edir ki, İran Ali Rəhbərinin də öldürülməsi SEPAH generalları, nüvə alimlərinin öldürülməsi kimi asan olmayacaq. Mümkünsüz deyil amma mümükünlüyü də olduqca çətin bir məsələdir. Deyək ki, belə bir hadisə baş verdi, İran Ali Rəhbəri də İsrail tərəfindən öldürüldü və sıradan çıxarıldı. İranda bununla bağlı bir qayda var. Yəni hətta belə deyim Vatikandakı Konklov kimi bir toplantı keçirilə bilər və yeni rəhbərin seçilməsi baş tuta bilər. Böyük ehtimal İran Ali Rəhbəri birinci, yəni Xomneyinin hakimiyyət vəfatından sonra baş verənlər bundan sonra da baş verəcəkdir. Hətta dəfələrlə bu məsələlərlə bağlı müzakirələr gündəmə gəlibdir. İranda onun yerini kim keçə biləcəyi danışılıb. Digər tərəfdən Ayətullahlar içərisindən kifayət qədər prestijli şəxslər var. Yəni bu məsələdə seçki onun yerinə gələcək şəxs mütləq şəkildə indidən bəllidir. Konkret ad çəkə bilmərəm, çünki dediyim kimi o informasiya çətindir və ehtimal da seçiləcəyi deyilən ehtimal şəxs adları da doğru deyil, konkret şəxs var. Amma hələ ki, bu ictimaiyyətə deyilməz böyük ehtimal da bu onların məxfi sirridir. Amma bu olacaqdır.
İranda bölünmə ola bilərmi? -
Turan Rzayevin qənaətinə görə İranda bölünmə ola bilər. Misal üçün mövcud rejimin başına rejimin yetişdirdiyi bir şəxs gəlməlidir ki, rejimi davamiyyətliyi olsun. Amma fərqli görüş, daha islahatçı bir qanad gələrsə bu zaman təbii proseslərdə dağılmanın da şahidi ola bilərik. Ümimiyyətlə İrandakı teokratik rejim əleyhdarlarının sayı çoxdur və demokratiya tərəfdarı olanlar da var, şah tərəfdarı olanlar da var, müstəqillik tərəfdarı olanlar da var, muxtariyyət tərəfdar olanlar da var, yəni fərqli ideoloji baxışlar olduğu üçün İranın Ali Rəhbərinin ölümü sonrası baş verə biləcəyi konkret bir ssenari yoxdur. Amma təbii olaraq İranda parçalanma ssenariləri hər zaman aktualdır.
"Əslində bu ssenarilər heç Ali Rəhbər ölmədən də gündəmə gəlir Güney Azərbaycanda, Bəlucistanda, Xuzistanda. Yəni müxtəlif etnik qruplar hər zaman aktivliklə seçilirlər və müstəqillik tərəfdarı olduqlarını da bildirirlər. Bu baxımdan mən hesab edirəm ki, belə birşey mümkündür. Bu rəhbər öldürülməsi sonrası da ola bilər, yaxud da ki heç olmaya da bilər. Yeni rəhbər sistemi yenə despotik bir formatda davam etdirə bilər", - deyə ekspert qeyd edib.
Şahverdiyeva Elena
Referans