AZ

Uşakov: Rusiya və Türkiyə XİN və müdafiə nazirliklərinin xətti ilə əlaqələri aktivləşdirəcəklər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan dünənki telefon danışığında Yaxın Şərqdə gərginliyin artması fonunda xarici işlər və müdafiə nazirliklərinin əlaqələri aktivləşdirəcəyi barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Prezidentlər bir sıra nazirliklərin xətti ilə əlaqələrin aktivləşdirilməsi barədə razılığa gəliblər. Bu halda Yaxın Şərqdə gərginləşmiş vəziyyəti nəzərə alaraq, ilk növbədə, iki nazirlik nəzərdə tutulur - bu, iki ölkənin xarici işlər və müdafiə nazirlikləridir. Bizim tərəfdən XİN rəhbəri Sergey Lavrov və müdafiə naziri Andrey Belousov da buna istiqamətləndirilib", - o deyib.

Seçilən
8
7
report.az

8Mənbələr