AZ

Ermənistanda tanınmış rusiyalı erməni iş adamı saxlanıldı – SƏBƏB

Yerli erməni KİV-lərinin məlumatına görə, Yerevanda rusiyalı erməni əsilli tanınmış iş adamı Samvel Karapetyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Karapetyan son günlər Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə qarşı apardığı kampaniyanı kəskin tənqid edib və açıq şəkildə Erməni Apostol Kilsəsinə (AAK) dəstəyini ifadə edib.

Musavat.com xəbər verir ki, müxalifətə yaxın dairələr onun məhz bu bəyanatları fonunda hədəfə alındığını iddia edir. Hazırda saxlanmanın səbəbləri rəsmi şəkildə açıqlanmasa da, siyasi motivli ola biləcəyi ehtimal edilir.

Samvel Karapetyan Rusiyada "Tashir Group" adlı iri biznes imperiyasının rəhbəri kimi tanınır və uzun illərdir Ermənistanın iqtisadi və ictimai layihələrinə maliyyə dəstəyi göstərib.

Hadisə Ermənistan cəmiyyətində və diasporada ciddi rezonansa səbəb olub.

Musavat.com

Seçilən
12
2
musavat.com

3Mənbələr