AZ

İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür.

Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyinin öldürülməsi planına qarşı çıxıb.

Baş nazir Benyamin Netanyahu dünən deyib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O qeyd edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Ancaq adını açıqlamayan İsrail rəsmiləri İranda rejim dəyişikliyinin İsrailin təhlükəsizlik kabinetinin təsdiqlədiyi hədəflər arasında olmadığını bildiriblər. Hərbçilər hökumətdən belə bir göstəriş almadıqlarını vurğulayıblar.

Seçilən
6
2
modern.az

3Mənbələr