AZ

“Brayton” İtaliya millisinin üzvünü transfer etdi – RƏSMİ

İtaliya millisinin mərkəz müdafiəçisi Dieqo Koppola İngiltərənin “Brayton” klubuna transfer olunub. Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu 5 illik müqavilə bağlayıb. O, ötən mövsümü “Verona”da keçirib.

Futbolçunun transfer məbləği 10 milyon avro qiymətləndirilir.

Koppola hazırda Slovakiyada keçirilən 21 yaşlılar arasında Avropa çempionatında İtaliya millisinin heyətində çıxış edir.

 

Seçilən
9
msport.az

1Mənbələr