AZ

Onlayn kredit götürmək nə dərəcədə təhlükəsizdir? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illərdə insanlar arasında onlayn kredit götürmək halı geniş yayılıb. İnsanlar rahatlıqla banklara getmədən kredit əldə edə bilirlər. Amma bildiyimiz kimi kibertəhlükələr aktual mövzulardandır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, son illərdə onlayn kredit ənənəvi kreditə nisbətən vətəndaşlar arasında daha da populyarlaşıb.

"Vətəndaşların bu kredit növünə müraciət etməsinin bir çox səbəbləri var. İlk növbədə, bu, iqtisadi baxımdan daha çox insanların sosial-psixoloji durumu ilə əlaqədardır. Kredit mütəxəssisi tərəfindən lazımlı-lazımsız sualların verilməsi, sənədlərin təqdim edilməsi, həmçinin insansız xidmətin, sektorun əlçatan olmasını daha məqsədəuyğun hesab edirlər. Bununla belə, işləyən, kredit məsələlərinə vaxt ayıra bilməyən vətəndaşlar üçün də onlayn kredit daha məqsədəuyğundur. Kibertəhlükəsizlik məsələsinə qaldıqda, vətəndaşlara tövsiyə olunur ki, istifadə etmirlərsə, bank tətbiqlərini telefonda saxlamasınlar və ya onlayn kredit istifadə etməyəcəklərsə, banka müraciət edərək bu xidməti offline etsinlər".

Müsahibimiz vurğuladı ki, kart məlumatlarını güvənli olmayan saytlara daxil etməmək, xüsusilə də xarici nömrələri, bank adı ilə gələn mesaj və zəngləri cavablandırmamaq önəmlidir.

"Bankla bağlı hər hansısa problemdə birbaşa banka müraciət etmələri məsləhət görülür. Onlayn kredit götürməyin təhlükəsizliyinə qaldıqda, bank məsuliyyət daşımalıdır. Bu, onun saytının nə qədər təhlükəsiz olduğuna bağlıdır. Vətəndaş şəxsi məlumatlarını paylaşırsa, onların qorunub saxlanması bankın tabelliyindədir. Lakin bir məsələ var ki, bu kimi hallar aktuallaşıb və vətəndaş isbat edə bilmir.

Onlayn və ya ənənəvi krediti maksimum dərəcədə ehtiyac olduğu halda götürməlisiniz. Əgər vacib ehtiyac varsa da, qısa da olsa təhlükəsizlik baxımından bankları araşdırılmalıdır", - deyə Günay Hüseynova qeyd etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
redaktor.az

2Mənbələr