AZ

Mehr: İranın İsfahan şəhərində bir neçə partlayış baş verib

İranın mərkəzində yerləşən İsfahan şəhərinin müxtəlif yerlərində bir neçə partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mehr agentliyi özünün Telegram kanalında məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl İsfahan şəhərinin şərq və şimal rayonlarında bir neçə partlayış səsi eşidilib və düşmən hədəflərinin hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə sistemlərindən istifadə edilib”, – nəşr yazır.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) hərbçilərin İranın qərbində raket buraxılış qurğularına bir sıra zərbələr endirdiyini bildirib.

Seçilən
13
nocomment.az

1Mənbələr