AZ

Qəbələdə sel kəndlər arasında əlaqəni kəsdi - Sakinlər çətin durumda - VİDEO

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxs prosesdə iştirak edə bilməyəcək.

Zərərçəkən Xalid Kərimov xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə alır. Bunun üçün də onun prosesə onlayn qoşulmasının təmin edilməsi məhkəmədən xahiş edilib.

Məhkəmə vəsatəti hazırkı proses üçün təmin etməyib.

Daha sonra Aybəniz Xəlilovanın vəkili məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Xalid Kərimovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs şikayətçi deyil və ittihamda göstərilən məbləğ şişirdilib.

Aybəniz Xəlilova isə Xalid Kərimovla barışdığını bildirib: “Mən Xalidlə barışmışam. Telefon danışığı zamanı mənə böhtan atdığını etiraf edib”.

Təqsirləndirilən Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Vəsatət təmin edilməyib.

Proses avqustun 12-də davam etdiriləcək.

Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.

Seçilən
7
avtosfer.az

1Mənbələr