AZ

Azərbaycan və Şimali Makedoniyanın parlament əlaqələri müzakirə edildi (FOTO)

Bakı. Trend:

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycandarəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasınınsədri Afrim Qaşi ilə görüşüb.

Milli Məclisdən Trend-ə bildirilib ki, əvvəlcə Şimali MakedoniyaRespublikası Assambleyasının sədri Milli Məclisin plenar iclas zalıilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyindəolublar.

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim QaşiXatirə kitabını imzalayıb.

Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında diplomatikmünasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimizarasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafındanməmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimidostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib.

Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin spikeri,bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu,onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrindərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki,Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizəsəfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq TəşkilatıParlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı buəməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsbedir.

Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi,iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edənikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişafperspektivləri müzakirə edilib.

Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdəhəyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb,Şimali Makedoniya Respublikasının Prezidenti QordanaSilyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərininvə keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Aliqonaqla görüşünü məmnuniyyətlə xatırlayan Spiker Sahibə Qafarova,həmin səfərin dövlətlərarası münasibətlərin inkişafındaəhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli vəçoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimiparlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə sözaçılaraq, qanunverici orqanlarda fəaliyyət göstərənparlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmaslarınintensivləşdirilməsinin vacibliyi, həmçinin parlamentlərin profilkomitələri və aparatları arasında əməkdaşlığındərinləşdirilməsinin, qanunvericilik sahəsində təcrübəmübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşiölkəmizə ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdanməmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illərAzərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişafdinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərinöhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O,Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha dagenişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanınyerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik olanölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığındərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavəedib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasındada təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin vəgörüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öznövbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızınyaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərindərinləşməsinə səbəb olacaq. Eyni zamanda qeyd olunub ki,ikitərəfli münasibətlərin dərinləşməsi yalnız ölkələrimiz arasındaəlaqələrin güclənməsinə deyil, eyni zamanda regional sülhün,sabitliyin və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə də töhfəverəcəkdir.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətənmüharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən söz açaraq,ölkəmizin Ermənistanın 30 il davam edən işğalına son qoyaraq özərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. Obildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn norma vəprinsiplərinin pozulması, habelə ikili standartlarla üz-üzə qalıb,lakin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiqqətnamələrinin icrasını özü təmin edərək işğala son qoyub. Görüşdəhəmçinin postmünaqişə dövründə regionda yaranmış vəziyyət, eləcə dəişğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa vəquruculuq işləri barədə məlumat verilib. Spiker vurğulayıb ki,Azərbaycan sülh tərəfdarıdır və bu sülhün əldə olunması regiondadavamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmətedəcək.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyətihaqqında da məlumat verilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
13
14
az.trend.az

10Mənbələr